Tailand və Kamboca atəşkəsə razılaşıb | VİDEO
"Hər iki tərəf normal vəziyyətə qayıtmaqdan ötrü birgə addımlar atmaqda ortaq məxrəcə gəlib. Atəşkəs müddətində ölümcül sərhəd toqquşmalarının həlli üzrə yekun qərara gəlmək məqsədilə müzakirələr aparılacaq", – Ənvər İbrahim deyib.
Xatırladaq ki, keçən cümə axşamı Kamboca ilə sərhəddə minanın partlaması nəticəsində 5 Tailand əsgəri yaralanıb. Bu, ölkələr arasında sərhədboyu toqquşmalara təkan verib. Hər iki tərəfdən ümumilikdə azı 35 nəfər həyatını itirib, 260 mindən çox insan öz yurd-yuvasından didərgin düşüb.
Firudin Həmidli
AzVision.az
Teqlər: Kamboca Tailand atəşkəs







Vaxtında, Aydın, Lazımlı!


